Türkiyənin tanınmış komediya ustası Tolqa Çevik

Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşüb

203
(Yenilənib 17:05 27.02.2017)
Aktyorun psixoloji travma aldığı bildirilir

BAKI, 27 fev – Sputnik. Türkiyənin tanınmış komediya ustası Tolqa Çevik avtomobil qəzası keçirib. Hadisə İzmir şəhərində baş verib. 

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, aktyor qəzadan yara almadan xilas ola bilib. Lakin onun psixoloji travma aldığı bildirilir.

Qeyd edək ki, Tolqa Çevik qəza törətdiyi avtomobilini iki il əvvəl 1.2 milyon lirəyə alıb.

203
Teqlər:
avtomobil, Avtomobil qəzası, Tolqa Çevik, İzmir, Türkiyə
Əlaqədar
Zəncirvari qəzada avtomobil iki hissəyə parçalandı
Avtomobili qaçıraraq qəza törətdi
İqdırda ağır qəza: ölən və yaralananlar arasında azərbaycanlılar da var
Ərdoğanın içində olduğu avtobus qəza törətdi, mühafizəçisi yaralandı
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15