Хананы Али аль-Мадани

Xanım səfiri hava limanında zorla soyundurdular

266
(Yenilənib 18:42 25.02.2017)
Səfir əl-Madani Latviyaya gedəndə Riqa hava limanında xoşagəlməz hadisə baş verib. Hava limanının əməkdaşları əl-Madanidən çadranı çıxarmağı tələb ediblər.

BAKI, 25 fev — Sputnik. BƏƏ Xarici İşlər Nazirliyi Latviyaya nota göndərib. Bu barədə Sputnik Azərbaycan mignews-a istinadən xəbər verir.

Nota BƏƏ-nin Latviyadakı yeni səfiri xanım Hanana əl-Madaniyə qarşı hörmətsizliklə bağlıdır.

Belə ki, ötən günlərdə əl-Madani Latviyaya gedəndə Riqa hava limanında xoşagəlməz hadisə baş verib. Hava limanının əməkdaşları əl-Madanidən çadranı çıxarmağı tələb ediblər. 

Səfir bildirib ki, bunu yalnız qadınların yanında edə bilər. Cavabda hava limanı əməkdaşları təhqiramiz ifadələr işlədiblər və səfirin xahişini yerinə yetirməyərək onu hamının yanında soyunmağa məcbur ediblər. 

Notanı alan Latviya XİN bu tipli hadisələrin bir daha baş verməməsi üçün ölkənin Nəqliyyat Nazirliyinə sərnişinlərin yoxlanışdan keçməsi üçün xüsusi zonalar və şərait yaradılması barədə sorgu göndərib.

266
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

303
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

303
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

305
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

305
Teqlər:
məscid, Moskva, çatışmazlıq
İlyas Hüseynov

Politoloq: “Toyvo Klaarın indi səfər etməsinin müəyyən səbəbləri var”

0
(Yenilənib 14:48 16.09.2021)
Politoloq İlyas Hüseynov deyib ki, enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də burada önəmli yer tutur
İlyas Hüseynov: “Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a Aİ nümayəndəsinin Azərbaycana səfərini şərh edib. Politoloq bildirib ki, Azərbayca-Aİ münasibətləri müntəzəm olaraq yüksələn xətlə inkişaf edir: “Vətən müharibəsindən sonra da ölkəmizə müntəzəm səfərlər təşkil edilib. Hazırda xüsusi nümayəndənin səfər etməsinin müəyyən səbəbləri var. Burada enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də önəmli yer tutur. Bu onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir. Cənubi Qafqaz dövlətləri Avropa İttifaqının xüsusi maraq dairəsindədir”.

İlyas Hüseynovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

0