Bu senator Ərdoğanla kürd silahlıları arasında vasitəçidir?

© AFP 2023 / Nicholas KAMMКандидат в президенты от Республиканской партии Джон Маккейн
Кандидат в президенты от Республиканской партии Джон Маккейн - Sputnik Azərbaycan
Abunə olmaq
Makkeyn Ərdoğanla görüşdən əvvəl müəmmalı şəkildə Suriyaya gedib

BAKI, 23 fev — Sputnik. ABŞ senatoru Con Makkeyn Suriya Kobanisinə müəmmalı səfər edib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Makkeynin səfərində məqsəd İŞİD-lə mübarizə məsələlərini müzakirə etmək olub. 

Bu barədə The Wall Street Journal-a adı açıqlanmayan amerikalı məmur məlumat verib. 

Məlumata görə, Makkeyn səfər zamanı amerikalı hərbçilər və kürd döyüşçülərlə Raqqa şəhərinin İŞİD yaraqlılarından azad edilməsi əməliyyatını müzakirə edib. 

Разрушенные здания в Сирии, фото из архива - Sputnik Azərbaycan
Üç ölkə Suriyada atəşkəsə nəzarət üzrə qrup yaradır

Suriya səfərindən sonra ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanla görüşmək üçün Ankaraya gedib. 

Bundan əvvəl isə Türkiyə səfəri barədə suala cavab verərkən Con Makkeyn bəyan edib ki, mətbuat azadlığı demokratiyanı qoruyub saxlamaq üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan Türkiyədə söz və mətbuat azadlığının qorunması vacibdir. Ekspertlər hesab edirlər ki, Makkeynin səfərində məqsəd Türkiyənin Suriya əməliyyatları barədə mövqeyini öyrənmək, həmçinin rəsmi Ankaranın ABŞ və NATO ilə münasibətlərinin detallarını müzakirə etməkdir.

Vaşinqton Türkiyənin Suriya məsələsində Rusiya və İranla əməkdaşlıq etməsindən narahatdır. 

Xəbər lenti
0