Nazir bunu "ilanla yatağa girmək" sayır

© AFP 2023 / ADEM ALTANГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu: "Əhalisinin 99%-i sünni ərəblər olan Mosula şiə milislərin girməsi necə təhlükəlidirsə, PKK-YPG terror təşkilatını Raqqa əməliyyatına daxil etmək də o qədər təhlükəlidir"

BAKI, 22 fev – Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-ə qarşı YPG-PKK ilə birgə mübarizə aparmağın mümkün olmadığını söyləyib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən məlumat verir. 

“İŞİD-ə qarşı YPG-PKK kimi bir terror təşkilatıyla birgə əməliyyat aparmaq ilanla yatağa girmək deməkdir” – Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri İraqdakı Mosul əməliyyatı və yaxın vaxtlarda başlaması planlanan Suriyanın Raqqa şəhərinə mümkün əməliyyat barədə ölkəsinin bəzi narahatlıqlarını da açıqlayıb: “Əhalisinin 99%-i sünni ərəblər olan bir şəhərə şiə milislərin girməsi çox təhlükəlidir. Buna görə də, Haşdi Şabi qruplaşmasının Mosula girməsinə imkan verilmədi. PKK-YPG terror təşkilatını Raqqa əməliyyatına daxil etmək də o qədər təhlükəlidir”.

Xəbər lenti
0