Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı

Yenilik: Orduda hicab qadağası ləğv edildi

1020
(Yenilənib 15:08 22.02.2017)
Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası ləğv olunub

BAKI, 22 fev — Sputnik. Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Ordusunda xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər.

Qərar müdavimlərə də şamil olunacaq.  

1020
Teqlər:
hicab qadağası, Türkiyə Ordusu, Türkiyə Silahlı Qüvvələri, Türkiyə
Əlaqədar
ABŞ-da hicablı qadınlara hücum edilib
Amerikalı tələbə türk qadının hicabını parça-parça elədi
Qırğızıstanda hicab qadağan edildi
Məktəb

Bağçalı: "Şuşada məktəb tikintisinə razılıq verilib"

3
(Yenilənib 14:53 26.01.2021)
O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

BAKI, 26 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma və onların təsdiqi ilə Şuşada məktəbin inşası layihəsi uyğun görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı bildirib.

MHP sədri qeyd edib ki, tikinti prosesi və layihənin hər mərhələsi barədə cənab Ərdoğana məlumat təqdim ediləcək: "Şuşada tikiləcək məktəb tamamlanan kimi Azərbaycan Respublikasına təslim ediləcək".

O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

3
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

7
(Yenilənib 13:05 26.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 55,83 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,42 dollar geriləyərək 55,46 dollar, “Light” markalı neftin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 52,38 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7
Aeroport, arxiv şəkli

İlham Əliyev: "Ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək"

0
"MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir"

BAKI, 26 yanvar — Sputnik. "Hava nəqliyyatına gəldikdə, təkcə onu demək kifayətdir ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib.

"MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək", - deyə, Prezident qeyd edib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

0