İsrail F-16, arxiv şəkli

İsrail bu ölkəni bombalamağa başlayıb

8390
(Yenilənib 16:25 22.02.2017)
Rəsmi açıqlama: “Biz İsraildən bunun intiqamını alacağıq”

BAKI, 22 fev – Sputnik. İsrail hərbi hava qüvvələrinə aid döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərini bombalamağa başlayıb. Hücumun hədəfində suriyalı əsgərlərin olduğu bildirilib. Məlumata görə, hadisədə ölən və yaralanan olmayıb. 

Sputnik Türkiyə-yə danışan bir nəfər suriyalı rəsmi deyib ki, İsrailin məqsədi rejimə qarşı döyüşən terrorçulara cəsarət vermək və onları gücləndirməkdir. “Biz İsraildən bunun intiqamını alacağıq” – suriyalı rəsmi qeyd edib. 

Xatırladaq ki, İsrail qırıcıları ötən ay da paytaxt Dəməşqdəki hərbi aerodromu bombalamışdı. 

8390
Teqlər:
İsrail qırıcıları, Dəməşqin bombalanması, Dəməşq, İsrail, Suriya
Əlaqədar
Rusiya təyyarəsi səhvən türk əsgərlərini bombaladı
İsrail Suriya paytaxtını bombaladı
Rusiya və Türkiyə İŞİD hədəflərini birlikdə bombalayır