Xalqların Demokratik partiyasının (HDP) həmsədri Figən Yüksəkdağ

Qalmaqallı deputatın mandatı əlindən alındı

211
Figən Yüksəkdağ çıxışlarının birində Türkiyə dövlətini PKK terror təşkilatı ilə hədələmişdi

BAKI, 21 fev – Sputnik. PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figən Yüksəkdağın millət vəkili statusu ləğv edilib.

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, qərar Türkiyə parlamentində qəbul edilib.

Buna Figən Yüksəkdağ haqqında məhkəmənin çıxardığı həbs qərarı səbəb olunub.

Xatırladaq ki, Figən Yüksəkdağ çıxışlarının birində Türkiyə dövlətini PKK terror təşkilatı ilə hədələmişdi. 

211
Teqlər:
PKK terror təşkilatı, Türkiyə parlamenti, Xalqların Demokratik Partiyası, Figən Yüksəkdağ, Türkiyə
Əlaqədar
Türk polisindən PKK-ya sarsıdıcı zərbə
PKK-nın ən zəif yerindən vurulur
Avropa PKK-nı məhz bu səbəbə görə dəstəkləyir
Minneapolisdə ABŞ bayrağı ilə etirazçı, arxiv şəkli

"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır

1
(Yenilənib 22:08 02.06.2020)
Xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək

BAKI, 2 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ-dakı iğtişaşları Moskva törədir və nümayişçilər "Rusiya təlimatına" ciddi əməl edərək polis bölmələrini darmadağın edirlər. Bu cür iddiaları ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays irəli sürüb. Sübut əvəzinə o, öz təcrübəsinə və intuisiyasına güvənməyi təklif edib. Amerikalılar niyə hər yerdə "Rusiya izi"ni görürlər? Cavabı RİA Novosti-nin ekspert şərhində.

Etirazlardan qarətə

Los-Ancelesdəki ticarət mərkəzləri karantindədir. Kaliforniya rəsmiləri onları iyunda açmağı planlaşdırırdılar. Lakin bunu ilk edən qarətçilər olublar. Lüks butiklərin qapı və pəncərələri qırılıb, hər şey talan olunub. İğtişaşçılar məişət əşyalarını, paltarları, mebeli, hətta yeməkləri aparıblar. Polis helikopterləri su tökərək bu vəhşiliyi dayandırmağa çalışıb, kakin bunun xeyri olmayıb.

Polis tərəfindən saxlanılan zaman afroamerikalı Corc Floydun ölməsindən sonra Minneapolisdə başlayan etirazlar Vaşinqtonu, San-Fransiskonu, Portlendi, Mayamini, İndianapolisi, Filadelfiyanı və Atlantanı bürüyüb. Faciəli hadisənın birbaşa günahkarı Derek Şovin vəzifəsindən azad edilib və o, istintaq altındadır. Lakin nümayişçilər yalnız onun cəzalandırılmasını deyil, ABŞ-da sistemli irqçiliyə son verilməsini tələb edirlər.

Böyük şəhərlərdə komendant saatı elan edilib – lakin bu kömək etməyib. Vaşinqtonda etirazçılar Ağ Evi mühasirəyə alaraq içəri girməyə çalışıblar. Nyu-Yorkda iyirmi polis maşını daşqalaq edilib və yandırılıb. Portlenddə isə iğtişaşçılar məhkəmə binasında yanğın törədiblər.

Vətəndaş cəmiyyətinə təhdid

Əvvəlcə ABŞ-da çoxları nümayişçilərə rəğbət bəsləyirdilər. Yerli rəsmilər isə təxribatçılara reaksiya verməməyə çalışır, polisi güc tətbiq etməməyə çağırırdılar. Lakin asayiş keşikçilərinin üzərinə "Molotov kokteyli" atılanda bu vəziyyət dəyişdi.

Minnesota qubernatoru ştata Milli Qvardiyanı yeritdi. Los- Anceles də hərbçilərin köməyinə müraciət etdi. Gözyaşardıcı qaz və rezin güllələr işə salındı.

"Minneapolisdə baş verənlər artıq Floydun ölümü ilə əlaqəli deyil. Talanlar vətəndaş cəmiyyətini təhdid edir və şəhərimizdə qorxu yaradır, onun həyatına müdaxilə edir", - qubernator Tim Uoltz deyib.

Donald Tramp isə daha sərt reaksiya verib. Prezident Floydun ölümünün "dəhşət, kədər və qəzəb yaradan bir faciə" olduğunu etiraf edib. Lakin iğtişaşı vaxtında sakitləşdirməyən ştat səlahiyyətlilərini də tənqid edib. O, etirazçıları "quldur" adlandırıb və güc tətbiq edilməsini alqışlayıb.

Bazar günü təhlükəsizlik xidməti dövlət başçısını Ağ Evin yeraltı bunkerinə göndərib. Yalnız təhdid sovuşandan sonra Tramp oradan çıxa bilib.

Günahkar axtarışında

Tez bir zamanda iğtişaşlarda Rusiya izini "tapdılar".

"Mən onların (Rusiyanın – red.) iğtişaşlarda iştirakını istisna etmirəm", - Nyu-Orlean şəhərinin meri Mark Morial CNN-in efirində bildirib.

Bir neçə gündən sonra estafeti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays alıb. Elə CNN-in efirindəcə o, etirazçıların "Rusiyanın təlimatına" uyğun hərəkət etdiyini iddia edib.

"Dinc nümayişçilər var. Onlar ədalətsizliyə və bərabərsizliyə qarşı çıxırlar. Ancaq etirazların gündəmini ələ keçirməyə çalışan təxribatçılar da var. Təcrübə mənə deyir ki, onlar birbaşa Rusiyanın taktiki sxemlər toplusuna uyğun hərəkət edirlər", - Rays deyib.

"Rusiya izi" axtarışına başlayan Amerika mediası Moskvaya qarşı irəli sürülən növbəti ittihamı xatırlayıb. Bir neçə il əvvəl Vaşinqtonda rusiyalı hakerlərin "Black Lives Matter" hərəkatını dəstəklədiyi iddia edilirdi. Bu hərəkatın fəalları da polis özbaşınalığına qarşı çıxırdılar.

"Rusiya izi" ilə əlaqədar müzakirələri Tramp tənqid edib. Prezident CNN-in bunu reytinq əldə etmək üçün etdiyini deyib.

Moskva da susmayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya "heç vaxt Amerikanın işlərinə müdaxilə etməyib və indi müdaxilə etmək niyyətində deyil".

Amerikanın qütbləşməsi

"Amerika cəmiyyəti son dərəcə qütbləşib". Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov etirazların kütləvi xarakterini bununla izah edir.

"Bəzi amerikalılar liberal dəyərlərin tərəfdarıdır, bəziləri isə mühafizəkar olduqlarını söyləyirlər. Mühacirət tərəfdarları var, ancaq Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyənlər də çoxdur. Qlobalistlər və proteksionistlər arasındakı qarşıdurmanı da bura əlavə edin. Minneapolis irq problemini də xatırlatdı. "Qaynar qazan" ağdərili əhali üçün işə yarayıb, ancaq qaradərililər cəmiyyətin tam hüquqlu bir hissəsinə çevrilə bilməyiblər", - Suslov RİA Novosti-yə izah edib.

Mütəxəssisin fikrincə, koronavirus pandemiyası afroamerikalıların həssaslığını vurğulayıb.

"Qaradərili əhali arasında infeksiyadan ölüm nisbəti daha yüksəkdir. Çox güman ki, bu, dərmanlara çıxış imkanlarının məhdud olmasının nəticəsidir. Afroamerikalılar ağlara nisbətən gəlirləri az olduğuna görə bahalı müalicə ala bilmirlər", - Suslov deyir.

Qabaqdangəlmə ittihamlar

Politoloq "Rusiya izi"nin axtarışını hakimiyyətin daxili ziddiyyətləri qəbul etmək istəməməsi ilə əlaqələndirir.

"Amerika elitası cəmiyyətin sağlam olduğuna inanır. Hər şeyi guya Tramp və ruslar korlayırlar. Trampı çıxarsanız və "Rusiya izi"ni ləğv etsəniz, ölkə normala qayıdacaq. Ancaq şəhərlərdə baş verən iğtişaşlar bu normallığın çoxdan olmadığını göstərir. Heç kim ciddi islahatlara ehtiyac olduğunu qəbul etmir", - Suslov deyir.

Politoloqun fikrincə, Raysın çıxışını seçki kampaniyasına uyğun qəbul etmək lazımdır:

"Güman edə bilərik ki, keçmiş rəsmi Co Baydenin növbəti prezident olacağı təqdirdə onun komandasına qoşulmağı planlaşdırır. Moskvaya qarşı ittihamlar isə Kremllə birgə hərəkət etdiyi iddia edilən Trampa qarşı demokratların təzyiqinin davamıdır".

Suslov Baydenin qələbəsinin daha bir "Rusiya işi"nin başlamasına səbəb olacağını istisna etmir.

"Amerikalılar dərhal Moskvanı seçkiyə təsir etmək niyyətində günahlandırdılar. İndi bu daha da artıb. Demokratlar Minneapolisdəki talanlara görə sanksiya təklif edə bilərlər. Bayden ümumiyyətlə Moskvanı Amerika cəmiyyətini məhv etməkdə ittiham edə bilər və bunu seçki tezislərindən birinə çevirə bilər," - politoloq proqnozlaşdırır.

Ekspertin fikrincə, xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək. Üstəlik, adi ideoloji stereotiplərdən istifadə cəhdi Amerikanın özü üçün təhlükəlidir: nəticədə etirazlar, habelə onlara səbəb olmuş problemlər realdır. "Rusiya izi"nə eyham vurmaqla isə heç bir şeyi həll edilməyəcək.

1
Əlaqədar
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Prezidenti Donald Tramp

"O bizim tariximizdə ən böyük təhdiddir" Trampı sərt tənqid etdilər

4
(Yenilənib 19:34 02.06.2020)
" Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşun yeritdi"

BAKI, 2 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir. Sputnik Azərbaycan "The Washington Post"a istinadən xəbər verir ki, bu müqayisəni Oreqon ştatının senatoru, Demokrat partiyasının üzvü Ronald Li Uayden aparıb.

Nümayəndələr palatasının Kentukkidən olan üzvü Con Yarmut hesab edir ki, bununla da Tramp milyonlarla amerikalıya və ABŞ konstitusiyasının birinci düzəlişinə müharibə elan edib: "O, bizim tariximizdə ən böyük təhdiddir".

Demokratlar partiyasından olan konqresmen Co Nequs isə xatırladıb ki, 1957-ci ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer seqreqasiya ilə mübarizə və vətəndaş haqlarının qorunması üçün qoşunlar yeritmişdi. Onun sözlərinə görə, Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşunları hərəkətə gətirib.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

4
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
Gənc cütlük, arxiv şəkli

Toya təkcə karantin mane olmur: 38 azərbaycanlı bunu indi daha yaxşı hiss edir

0
(Yenilənib 20:22 02.06.2020)
Müayinədən keçənlərin 182-də talassemiya daşıyıcılığı, 32-də sifilis aşkarlanıb. HİV1/2 aşkarlananların sayı 10, hər ikisində daşıyıcılıq olanların sayı isə 2 olub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Nikahaqədər müayinədən keçənlərin sayı ötən ay ərzində 5 min 979 olub. Bu barədə B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, müayinədən keçənlərin 182-də talassemiya daşıyıcılığı, 32-də sifilis aşkarlanıb. HİV1/2 aşkarlananların sayı 10, hər ikisində daşıyıcılıq olanların sayı isə 2 olub.

Xatırladaq ki, ötən ilin mayında müayinədən keçənlərin sayı 13 min 62, ötən ayda isə müayinədən keçənlərin sayı 958 olub.

0
Əlaqədar
Toylara icazə verilə bilər – Amma şərti ağırdır
Oynaya bilməyəcəksiniz – İyun-iyulda toy olmayacaq
Toylar, mollar və idman zalları ilə bağlı açıqlama
“Azərbaycan toylarının yerini heç nə vermir” – Amerikalı sahibkar ölkəmiz haqqında
"Mall"arın da bəxti açıldı, amma toy həvəsində olanların yox