ABŞ Avropaya qoşun göndərir

© Sputnik / Vladimir Pirogov / Mediabanka keçidABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika hərbçiləri Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcəklər

BAKI, 19 fev — Sputnik. Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz "Twitter" mikrobloqunda məlumat yayıb.

"ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək" — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.

Xəbər lenti
0