Doğum evində dəhşət: qadın öz uşağını yedi

© pixabay / PublicDomainPicturesНоворожденный, фото из архива
Новорожденный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qan içində olan körpəni qadın-hannibalın əlindən çətinliklə alıblar

BAKI, 19 fev — Sputnik. Çinin Şençjen şəhərinin 24 yaşlı sakini oğlan uşağı dünyaya gətirib. Lakin o, doğum evində öz uşağını yeməyə cəhd göstərib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qadının bu əcaib istəyinin qarşısını tibb bacısı ala bilib.

Attila və Şarlotta - Sputnik Azərbaycan
Bir aylıq körpələrini itirən gənc valideynlərin dəhşətli hekayəsi

Belə ki, tibb bacısı doğum evinin dəhlizində gəzişərkən palataların birindən tükürpədici səs eşidib. Tibb işçisi həmin palataya qaçıb və görüb ki, gənc ana dişləri ilə körpənin barmaqlarını gəmirir. Tibb bacısı dərhal kömək çağırıb.

Qan içində olan körpəni qadın-hannibalın əlindən yalnız ona sakitləşdirici iynə vurandan sonra almaq mümkün olub. Yeni doğulmuş körpənin qanaxmasını isə dayandırmağa xeyli vaxt lazım gəlib. Uşağın əli möhkəm dişləndiyindən ciddi zədələnib.

Məlum olub ki, adamyeyən qadını doğuşdan bir qədər əvvəl küçədə halsız vəziyyətdə tapıblar. Qayınanası onu dəli adlandıraraq evdən qovub. Qadının psixi çatışmazlıqdan əziyyət çəkdiyi müəyyənləşdirilib. Yerli hüquq-mühafizə orqanları bu məşum faktla bağlı araşdırmalara başlayıb.

Xəbər lenti
0