Yeddi yaşlı qızı həyata qaytaran ilginc məktub

© Photo : Andy BridgewaterXloya Bricuoter
Xloya Bricuoter - Sputnik Azərbaycan
Abunə olmaq
Google-un baş direktorundan 7 yaşlı qıza məktub

BAKI, 18 fev — Sputnik. Britaniyanın Hereford şəhərinin 7 yaşlı sakini Xloya Bricuoter (Chloe Bridgewater) Google-un baş direktoruna məktub göndərərək onu şirkətdə işə götürməyi xahiş edib. Sputnik Azərbaycan Business Insider-ə istinadla xəbər verir ki, Xloyaya cavab məktubunu şirkətin rəhbəri şəxsən yazıb.

© Photo : Andy BridgewaterYeddi yaşlı Xloya Bricuoterin Google-un baş direktoruna yazdığı məktub
Yeddi yaşlı Xloya Bricuoterin Google-un baş direktoruna yazdığı məktub  - Sputnik Azərbaycan
Yeddi yaşlı Xloya Bricuoterin Google-un baş direktoruna yazdığı məktub

Qız məktubda robotları sevdiyini, üzgüçülüklə məşğul olduğunu, müəllimlərindən tərif aldığını, gələcəkdə korporasiyada yer tutmaq istədiyini yazıb. Bir müddət keçəndən sonra, ona Google-un baş direktoru Sundar Piçaidən məktub gəlib.

Məktuba görə Xloyaya təşəkkür edən Piçai yazıb: "Mən şadam ki, kompüter və robotlar sənin xoşuna gəlir. Ümid edirəm ki, sən texnologiyaları öyrənməyi davam etdirəcəksən. Əgər sən çox çalışsan və arzularının dalınca getsən, onda Google-da işləməkdən tutmuş üzgüçülük üzrə Olimpiya çempionu olmağa qədər fikrində tutduğun hər şeyə nail olacaqsan".

© Photo : Andy BridgewaterGoogle-un baş direktoru Sundar Piçainin Xloyaya cavab məktubu
Google-un baş direktoru Sundar Piçainin Xloyaya cavab məktubu - Sputnik Azərbaycan
Google-un baş direktoru Sundar Piçainin Xloyaya cavab məktubu

"Məktəbi bitirəndən sonra sənin işə qəbulla bağlı ərizəni alacağıma ümid edirəm" — deyə Piçai əlavə edib.

Atasının dediyinə görə, Piçainin məktubu Xloyanın ilham mənbəyinə çevrilib. Atası qızına bildirib ki, Google-u işləmək üçün ideal yer hesab edir. Ona şirkətin ofisinin interyerinin şəkillərini göstərib. Artıq Xloyanın Google-un əməkdaşlarının işi ilə bağlı təəssüratları var. O, indi təsəvvür edir ki, onlar necə yumşaq kresloda oturub işləyirlər, necə xizək sürür və kartinqlə məşğul olurlar.

© Photo : Andy BridgewaterXloya atası ilə
Xloya atası ilə - Sputnik Azərbaycan
Xloya atası ilə

Xloyanın atasının sözlərinə görə, Piçainin cavabı qızı dərsləri üzərində daha səylə çalışmağa ruhlandırıb. Ata ümid edir ki, bu hadisə qızına bir neçə il bundan əvvəl onu maşın vurarkən qapıldığı ümidsizliyə son qoymaqda kömək edəcək və qızın inamını geri qaytaracaq.

Xəbər lenti
0