Al-Bab

Türk ordusu daha bir əməliyyata başladı

7570
(Yenilənib 17:32 17.02.2017)
"Ordumuzun qətiyyətli mübarizəsi sayəsində Əl Bab bölgəsində idarəçilik böyük ölçüdə tərəfimizə keçdi"

BAKI, 17 fev — Sputnik. Türk ordusu Suriyanın Hələb şəhərinin Əl Bab mahalında 19 PYD terrorçusunu məhv edib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Bu həftə içində ordumuzun qətiyyətli mübarizəsi sayəsində Əl Bab bölgəsində idarəçilik böyük ölçüdə tərəfimizə keçdi. İŞİD terror təşkilatının müqaviməti tamamilə qırıldı. Şəhər qərbdən, şərqdən və şimaldan mühasirəyə alındı. Cənubdakı Hələb-Münbiç arasındakı əsas yol da dost qüvvələrin nəzarətinə keçdi" — məlumatda bildirilir.

Baş Qərargah daha sonra bildirir: "Bu gün isə Əl Bab istiqamətində aktivləşməyə çalışan PYD terror qruplaşmasının 19 üzvü ordumuz tərəfindən zərərsizləşdirildi".

7570
Teqlər:
Əl-Bab, Türk ordusu, Hələb, Suriya, İŞİD
Əlaqədar
Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb"
Əl-Bab bitdi, növbədə Raqqadır
Türk ordusu Əl-Baba girdi
İŞİD-in əl-Bab “vali”si öldürüldü
Pentaqondan əl-Bab əməliyyatı açıqlaması
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

2
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

2
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

11
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

11