Donald Tramp

Prezident inadından dönmək fikrində deyil

381
(Yenilənib 10:21 17.02.2017)
Tramp miqrantlarla bağlı qərarını icra etmək fikrindədir

BAKI, 17 fev – Sputnik. ABŞ prezidenti Donald Tramp gələn həftə miqrantlar barədə yeni fərman imzalayacağını bəyan edib.

"Gələn həftə ölkəmizi müdafiə edəcək yeni fərman imzalayacağıq" — dövlət başçısı bildirib.

Tramp daha öncə imzaladığı fərmanla 7 ölkənin (İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan) vətəndaşlarına 90 gün ərzində ABŞ-a daxil olmaq qadağan olunmuş, qaçqınların qəbulu 120 günlük dayandırılmış, Suriyadan qaçqınların qəbulu isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Bu fərman birmənalı qarşılanmamış, bir necə məhkəmə fərmanının icrasının dayandırılması barədə qərar qəbul edərək onun icrasına imkan verməmişdilər. 

381
Teqlər:
məhkəmə, Fərman, Donald Tramp, Somali, Sudan, Yəmən, Liviya, İran, Suriya, İraq, ABŞ
Əlaqədar
Məhkəmələr prezidentin əl-qolunu bağladı
Yeni prezidentin qərarı Amerikanı qarışdırdı