Bu ölkə Marsda şəhər salmağa hazırlaşır

© Photo : NASAMars planeti
Mars planeti - Sputnik Azərbaycan
Abunə olmaq
“Mars 2117 Project” adlı proqram çərçivəsində şəhərin təqdimat filmi nümayiş olunub

BAKI, 16 fev – Sputnik. Fantastik Hollivud filmlərində görməyə alışdığımız səhnələr qarşıdakı 100 il ərzində gerçək ola bilər. Çünki planetimiz xaricində bir mədəniyyət inşa etmək üçün ilk addım atılıb.

Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, dünyanın xaricindəki ilk yaşayış məskəni, “Qırmızı Planet” olaraq da tanıdığımız Marsda qurulacaq. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 100 il içində Marsda şəhər inşa etməyə hazırlaşır. “Mars 2117 Project” adlı proqram çərçivəsində şəhərin təqdimat filmi nümayiş olunub.

© Photo : AljazeeraMars 2017 lahiyəsi
Mars 2017 lahiyəsi - Sputnik Azərbaycan
Mars 2017 lahiyəsi

Planetimizdən 205 milyon kilometr uzaqlıqda olan Mars, Nil Armstronqun Aya addım atmasından sonra yeni hədəf olaraq təyin olunmuşdu. Ancaq Marsda atmosferin planetimizə nisbətən 1/100 səviyyəsində olması işləri qəlizləşdirir. İlk öncə astronavtların bu barədə düşünməsi vacibdir.

© Photo : AljazeeraMars 2017 lahiyəsi
Mars 2017 lahiyəsi - Sputnik Azərbaycan
Mars 2017 lahiyəsi

Xəbər lenti
0