ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina

FED-in martda uçot dərəcəsini qaldırma ehtimalı yüksəlir

249
(Yenilənib 23:53 15.02.2017)
ABŞ Mərkəzi Bankının mart ayında uçot dərəcəsini qaldırma ehtimalı ABŞ-da açıqlanan inflyasiya statistikasından sonra 42 faizə yüksəlib

BAKI, 15 fev — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) mart ayında uçot dərəcəsini qaldırma ehtimalı ABŞ-da açıqlanan inflyasiya statistikasından sonra 42 faizə yüksəlib.

Sputnik Azərbaycan bloomberg-ə istinadla xəbər verir ki, ABŞ-da istehlakçı qiymətləri və pərakəndə satış göstəricilərinin proqnozlardan daha çox olmasından sonra FED-in mart ayında Federal Açıq Bazar Komitəsi (FOMC) toplantısında faiz artırma ehtimalı 42 faizə yüksəlib.

Statistik məlumatlardan əvvəl isə bu ehtimal 34 faiz səviyyəsində idi.

Qeyd edək ki, FOMC-nin növbəti toplantısı 14-15 martda keçiriləcək.

249
Teqlər:
FED, Federal Açıq Bazar Komitəsi, ABŞ
Əlaqədar
FED-də “Tramp” zəlzələsi
FED 4 dəfə faiz artımına gedəcək
Bu gün FED qərarını açıqlayacaq