Gert Vilders

Anketlər açıqlandı: Avropa şokda

189
Gert Vilders hökumət başçısı seçiləcəyi təqdirdə ölkədəki bütün məscidləri bağlayacağını, heç bir miqrantı Hollandiyaya buraxmayacağını bildirmişdi

BAKI, 14 fev – Sputnik. Qarşıdakı bir il ərzində Avropanın aparıcı 4 ölkəsi — Fransa, Almaniya, İtaliya və Hollandiyada seçkilər keçiriləcək. Aparılan sorğu nəticələrinə görə, bu ölkələrin hər birində milliyyətçi partiyaların qələbə şansı daha çoxdur. Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, xüsusilə Hollandiyadan gələn xəbər köhnə qitəni şoka salıb. 

Əhali arasında sorğu keçirən qeyri-hökumət təşkilatları radikal sağçı lider, islamçıların düşməni Gert Vildersin qalib gəlmə şansının çox yüksək olduğunu açıqlayıblar. 

Qeyd edək ki, Gert Vilders hökumət başçısı seçiləcəyi təqdirdə ölkədəki bütün məscidləri bağlayacağını, heç bir miqrantı Hollandiyaya buraxmayacağını bildirmişdi. 

189
Teqlər:
Gert Vilders, Hollandiya, İtaliya, Fransa, Almaniya
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

6
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

6
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

10
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

10
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3