ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn

ABŞ-da gözlənilməz istefa

259
(Yenilənib 17:01 14.02.2017)
Maykl Flayn istefa ərizəsində ABŞ-ın vitse-prezidenti Mayk Pensə rus səfirlə əlaqələri haqqında tam məlumat vermədiyini bildirib

BAKI, 14 fev – Sputnik. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn gözlənilmədən istefa verib. O, Rusiyanın səfiri Sergey Kislyak ilə əlaqələrinin üzə çıxmasından sonra istefa ərizəsi yazıb. Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir ki, onun gördüyü işlər müvəqqəti olaraq istefada olan general Kit Kelloqa tapşırılıb. 

Qeyd edək ki, Maykl Flayn istefa ərizəsində ABŞ-ın vitse-prezidenti Mayk Pensə rus səfirlə əlaqələri haqqında tam məlumat vermədiyini bildirib.

259
Teqlər:
Rusiyanın səfiri, milli təhlükəsizlik məsələləri üzrə müşavir, ABŞ-ın vitse-prezidenti, general, Mayk Pens, Sergey Kislyak, Maykl Flayn, Kit Kelloq, Donald Tramp, Rusiya, ABŞ
Əlaqədar
Tramp pərt oldu
Tramp Ərdoğanın arzusunu yerinə yetirə bilər
Amerikanın “dərin dövləti” Donald Trampın qarşısını alacaq
FED-də “Tramp” zəlzələsi