Türkiyəli məşhur müğənni-aktrisa Seda Sayan

Populyar müğənni "obyekt"lərindən haqq ala bilmir

142
(Yenilənib 22:16 13.02.2017)
Müğənni iki məkandan ayda 10 min dollar icarə haqqı alırmış

BAKI, 13 fev – Sputnik. Türkiyəli məşhur müğənni-aktrisa Seda Sayan icarə haqlarını ala bilmədiyi üçün özünə məxsus iki obyektin icarədarını məhkəməyə verib.

Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, sözügedən məkanlardan biri İstanbulun populyar gecə klubu olan “Etiler Şamdan”dır. Bu klub şəhərin ən elitar yerlərindən sayılan Etiler səmtində yerləşir. Məşhur simalar, həmçinin xarici turistlər bu məkana daha çox gəlirlər.

White Mill Cafe
© Photo : PUBLIC DOMAIN
White Mill Cafe

Seda Sayanın təcili boşaltmasını istədiyi digər məkan isə “White Mill Cafe” adlı gecə klubudur. Müğənni bu klubu illər öncə oğlu Oğulcan Engin üçün alıb. 

Sayan hər iki məkandan aylıq 10 min dollar icarə haqqı alırmış. Müğənninin ümumilikdə 50-dən çox obyektinin olduğu bildirilir. 

142
Teqlər:
icarə haqqı, Etiler Şamdan, White Mill Cafe, Oğulcan Engin, Seda Sayan, İstanbul, Türkiyə
Əlaqədar
Sahibkar bağ salır, bəhrəsini görməmiş icarə müddəti bitir
Bakıda obyektlərin icarə haqları "dəvənin belindən" düşmür
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar