Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tramp Ərdoğanın arzusunu yerinə yetirə bilər

© REUTERS / Charles MostollerFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ prezidenti Suriya məsələsində Putin və Ərdoğanla üçtərəfli pakt üzərində razılığa gəlmək istəyir"

BAKI, 13 fev — Sputnik. "Donald Tramp Fətullah Güləni Türkiyəyə ekstradisiya edə bilər". Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Debka xəbər portalı məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nigeriyaya səfəri, 2 mart 2016-cı il - Sputnik Azərbaycan
Ərdoğan Güləni bu qitədən də qovur

Sözügedən mətbu orqan İsrailin kəşfiyyat orqanı Mossada yaxınlığı ilə tanınır. Xəbərdə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp, Suriya məsələsində Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli pakt üzərində razılığa gəlmək istəyir.

"Bu çərçivədə, Putin Trampa Edvard Snoudeni, Tramp isə Ərdoğana Fətullah Güləni təslim edə bilər. Və bunun müqabilində hər üç lider Suriyada İŞİD-lə tam səmimi mübarizə aparacaqlarına dair bir-birilərinə söz verəcək" — xəbərdə bildirilir.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da dünən jurnalistlərə açıqlamasında, ABŞ-ın Fətullah Güləni Türkiyəyə qaytarmağa yaxın olduğunu söyləmişdi.

Xəbər lenti
0