Avropa ölkələrindəki minimum maaşlar açıqlandı

© AFP 2023 / MIGUEL MEDINAКупюры достоинством в 500 евро, фото из архива
Купюры достоинством в 500 евро, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Lüksemburqda minimum əmək haqqı 1999 avro təşki edir

BAKI, 12 fev — Sputnik. Avropa İttifaqının statistika xidməti bu birliyə daxil olan ölkələrdə aylıq minimum əmək haqqı haqda məlumat açıqlayıb.

Sputnik Azərbaycan Modern.az-a istinadla bildirir ki, bu göstəriciyiə görə, lider Lüksemburqdur. Bu ölkədə minimum əmək haqqı 1999 avro təşki edir.

İkinci sırada 1564 avro ilə İrlandiya gəlir. Sonrakı yerlərdə bu ölkələrdir: Hollandiya (1552 avro), Belçika (1532 avro) və Almaniya (1498 avro). 

Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstəni narazı salan həkimin maaşı kəsiləcək

Minimum əmək haqqının 500 avronu keçmədiyi ölkələr bunlardır: Çexiya (407 avro), Macarıstan (412 avro), Xorvatiya (433 avro), Slovakiya 435 avro), Polşa (453 avro) və Estoniya (470 avro).

Latviya və Livada minimum əmək haqqı hazırda ayda 380 avro təşkil edir. Siyahının sonundakı yerləri ən aşağı məbləğlə — Rumıniya (275 avro) və Bolqarıstan (235 avro) tutur. 

Beləliklə, Avropa İttifaqında ən aşağı və ən yuxarı minimum əmək haqqı 10 dəfə fərqlənir.

Yunanıstan Avropa İttifaqına üzv olan yeganə ölkədir ki, burada minimum əmək haqqı 2008-ci ildən bəri 14% azalıb. Yunanıstanla müqayisədə, Bolqarıstanda iki dəfə, Baltikyanı ölkələrdə orta hesabla 66 faiz artıb. 

В студии радио Sputnik - Sputnik Azərbaycan
Alim: “Azərbaycanda alimin maaşı süpürgəçinin maaşından da azdır”

Avropa İttifaqının bəzi ölkələrində minimum əmək haqqı müəyyənləşdirilmir. Bunlar Avstriya, Danimarka, İtaliya, Finlandiya, İsveç və Kiprdir. 

2008-ci illə müqayisədə minimum əmək haqqı ən çox Bolqarıstanda (109 faiz), Rumıniyada (99 faiz), Slovakiyada (80 faiz) artıb. 

Estoniyada artım 69, Latviyada 65 və Litvada 64 faiz olub. 

Xəbər lenti
0