Hitler Almaniyasının himninə qulaq asan alman tennisçiləri

İdman oyunundan əvvəl qadağan olunmuş himn səsləndirildi

65
(Yenilənib 18:40 12.02.2017)
Sözügedən himn İkinci dünya müharibəsindən sonra Almaniyada qadağan edilib

BAKI, 12 fev — Sputnik. ABŞ-ın Lahayn şəhərində Birləşmiş Ştatlar və Almaniya tennis yığmaları arasında Federasiya Kuboku uğrunda görüşdən əvvəl Almaniyanın himni səsləndirilərkən maraqlı hadisə baş verib. Belə ki, təşkilatçılar bu ölkənin hazırkı deyil, Hitlerin dövründəki himnini səsləndiriblər. 

Bu barədə Sputnik Azərbaycan Frans Press-ə istinadən məlumat verir. 

Sözügedən himn İkinci dünya müharibəsindən sonra Almaniyada qadağan edilib.

ABŞ Tennis assosiasiyası (USTA) baş verənlərə görə azarkeşlərdən üzr istəyib.

"Bu bir daha təkrar olunmayacaq" — USTA-nın Twitter-dəki mikrobloqunda bildirilir.

65
Teqlər:
Almaniyanın himni, Federasiya Kuboku, ABŞ Tennis assosiasiyası, Adolf Hitler, Lahayn, Almaniya, ABŞ
Əlaqədar
Avstriya polisi "Hitler"i axtarır
"Hitler onu Reyxin bir nömrəli düşməni elan etmişdi"
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

4
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

4
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Kitab oxuyan şəxs, arxiv şəkli

"Qara sözləri" indi ana dilimizdə oxuya biləcəksiniz

14
(Yenilənib 18:41 23.11.2020)
Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

BAKI, 23 noyabr — Sputnik. Mahmud Kaşqari adına Beynəlxalq Fondun "İRS" seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri"nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.

"Qazax xalqının dan ulduzu" adlı "Ön söz"ün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və "Abayın əsərlərinin Azərbaycan nəşri barədə" yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.

Kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi" araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab" bölməsinə "Şeirlər və poemalar", "Son illərdə tapılan şeirləri", "Mənzum dastanlar" və "İkinci kitab" bölməsinə 45 dənə "Qara sözlər" cəm olunub.

Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

14
Teqlər:
tərcümə, Abay Kunanbayev, kitab