Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın

Dünya azərbaycanlılarına İlhan Aşkını müdafiə etmək çağırışı

47
(Yenilənib 17:49 10.02.2017)
İlhan Aşkın Hollandiyada “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə məhkəmə qarşısına çıxarılacaq

BAKI, 10 fev — Sputnik. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının müdafiəsi ilə bağlı Azərbaycan dövlətinə və dünyada yaşayan soydaşlarımıza müraciət edib. DABKM-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunmasından bəhs edilib.

Qeyd olunub ki, 2014-cü ildə Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. 

Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və İlhan Aşkın guya “ermənilərə qarşı şiddəti təşviq etdiyinə” — “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinib.

Koordinasiya Mərkəzi bəyan edir ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələdir və Qarabağ uğrunda mücadilənin tərkib hissəsidir: “Əslində bizim üçün böyük bir fürsət yaranıb. Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarından, xüsusən də Avropada yaşayan soydaşlarımızdan İlhan Aşkının martın 3-də keçiriləcək məhkəmə prosesinə qədər ona hər cür yardım göstərmələrini xahiş edirik. Məhkəmə prosesinin keçirildiyi yerə yaxın şəhərlərdə yaşayan azərbaycanlılar birlik nümayiş etdirməlidirlər”. 

Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son vaxtlar ölkəmizin əldə etdiyi uğurlar dünyada, xüsusən də Avropada yaşayan erməniləri həddindən artıq qıcıqlandırıb. Onlar ciddi cəhdlə hücuma keçib Azərbaycanın, Qarabağın adı ilə bağlı olan məsələlərdə üstünlüyü əla almağa çalışacaqlar: “Hazırda məhkəməsi gedən İlhan Aşkın məsələsi də bu qəbildəndir. Bu, çox vacib məsələdir. Əgər İlhan Aşkın bu məhkəməni uduzarsa, bir daha Hollandiyada və dünyanın başqa ölkələrində erməni qəsbkarlığından bəhs etmək mümkün olmayacaq”.

Xatırladaq ki, mərkəzi ofisi Kiyev şəhərində yerləşən Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) 2016-cı ildə yaradılıb, Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mərkəzin sədri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. DABKM İsveç Diaspor Təşkilatı ilə dünyada azərbaycanlılarının koordinasiya təşəbbüslərinin dəstəklənməsinə dair Memorandum imzalayıb.

47
Teqlər:
Hollandiya Cinayət Məcəlləsi, Qarabağ ermənilərin məzarı olacaq, Şərqi-Niderland polisi, Erməni diasporu, məhkəmə, Ukrayna Ədliyyə Nazirliyi, Azərbaycan-Türk Kültür Dərnəyi, İsveç Diaspor Təşkilatı, Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Hikmət Cavadov, İlhan Aşkın, Prezident İlham Əliyev, Kiyev, Almelo şəhəri, Qarabağ, Hollandiya, Avropa
Əlaqədar
Diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

12
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

12
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina