Ukrayna prezidenti Petro Poroşenko və Çavuşoğlu

Ukrayna-Türkiyə əlaqələrində yeni dövr

12
(Yenilənib 15:56 10.02.2017)
Jurnalistlər üçün qapalı keçirilən görüşdə iki ölkə əlaqələri ilə yanaşı, regional məsələlər müzakirə olunub

BAKI, 10 fev – Sputnik. Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının növbəti yığıncağı Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Bununla bağlı olaraq, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bu ölkəyə gedib. 

Sputnik Azərbaycan Habertürk-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko türk xarici siyasət idarəsinin rəhbərini iqamətgahında qəbul edib. 

Jurnalistlər üçün qapalı keçirilən görüşdə iki ölkə əlaqələri ilə yanaşı, regional məsələlər müzakirə olunub.

Daha sonra Çavuşoğlu Krım Tatar xalqının lideri, Ukraynanın millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və Odessa əyalətinin məclis sədrinin müavini Yuri Dimçoglu ilə bir araya gəlib.

12