Türk əsgərləri Suriyada

Türk ordusu daha 5 əsgərini itirdi

242
(Yenilənib 21:28 09.02.2017)
Qeyd edək ki, dünən də 5 türk əsgəri İŞİD terrorçularının pusqusuna düşərək həyatını itirmişdi

BAKI, 9 fev – Sputnik. Türk ordusunun Suriyada davam etdirdiyi “Fərat Qalxanı” əməliyyatının 170-ci günündə 5 əsgər şəhid olub, 10 əsgər yaralanıb.

Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, yaralı əsgərlər Qaziantep vilayətindəki xəstəxanaya gətirilib. 

Qeyd edək ki, dünən də 5 türk əsgəri İŞİD terrorçularının pusqusuna düşərək həyatını itirmişdi.

242
Teqlər:
türk ordusu, Fərat Qalxanı” əməliyyatı, İŞİD, Qaziantep vilayəti, Suriya
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın pasportu azərbaycanlıların əlinə necə keçib?

6
(Yenilənib 21:19 26.01.2021)
Keçmiş ekspert Andranik Ovannisyan "azərbaycanlıların Nikol Paşinyanın diplomatik pasportunu ona verdikləri" barədə məlumat paylaşıb.

BAKI, 26 yanvar - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu Azərbaycanla sülh imzalanan gün oğurlanıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib. 

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalanmasına etiraz edən insanlar hökumət binasını, parlamenti və baş nazirin mülkünü dağıdıblar, pasport da o vaxt oğurlanıb. Sonra Paşinyan özü də deyib ki, həmin gün imarətindən "kompüter, saat, parfüm, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb". 

"Noyabrın 10-da bir qrup insanın Ermənistan hökumətinin binasına hücumu nəticəsində 14 diplomatik pasport oğurlanıb. Onları elə həmin gün XİN ləğv edib. Həmin pasportların arasında Ermənistanın baş nazirinin sənədi də olub", - "Armenpress" Nağdalyanın sözlərini sitat gətirir. 

Agentlik yazır ki, "Orbeli" erməni analitik mərkəzinin keçmiş eksperti, Ermənistana girişi qadağan olunmuş Andranik Ovannisyan "azərbaycanlıların Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportunu ona verdikləri" barədə məlumat paylaşıb.

6
Dollar əskinasları və cüzdan, arxiv şəkli

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

9
(Yenilənib 20:27 26.01.2021)
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

BAKI, 26 yanvar — Sputnik. Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.

C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

9
Teqlər:
dəyişiklik, ədəd saxta əskinas, ABŞ, dollar