Madonna

Məşhur müğənni Afrikadan iki uşağı övladlığa götürüb

236
(Yenilənib 22:07 09.02.2017)
Afrika qitəsində yerləşən Malavinin Ali məhkəməsi Madonnaya iki uşağı övladlığa götürməyə icazə verib

BAKI, 9 fev – Sputnik. İkisi övladlıq olmaqla dörd uşaq anası olan amerikalı müğənni Madonna daha iki uşağı övladlığa götürüb.

Sputnik Azərbaycan Sky News-a istinadən xəbər verir ki, Afrika qitəsində yerləşən Malavinin Ali məhkəməsi Madonnaya iki uşağı övladlığa götürməyə icazə verib. Bununla müğənninin övladlıq götürdüyü uşaq sayı 4-ə çatıb.

236
Teqlər:
Övladlığa götürmə, Ali Məhkəmə, Madonna, Malavi, Afrika qitəsi

Azərbaycanın dostu Müstəqillik Gününü qeyd edib - FOTO

2
(Yenilənib 11:40 16.04.2021)
25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub.

İsrail dövləti 1948-ci ildə yaradılıb və bu il İsrailin müstəqilliyinin 73-cü ilidir. Ölkənin 10 milyona yaxın əhalisi var. İsrail əhalisinin 21%-i ərəblərdir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir. 25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulub. Hazırda İsrail və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

İsraildə Müstəqillik Gününün necə qeyd olunduğunu Sputnik Azərbaycan-ın fotolentində izləyin.

2
  • © REUTERS / CORINNA KERN

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / AMMAR AWAD

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / CORINNA KERN

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / AMMAR AWAD

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / CORINNA KERN

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / AMMAR AWAD

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / CORINNA KERN

    People watch a fireworks display kicking off celebrations for Israel's Independence Day, marking the 73rd anniversary of the creation of the state, in Tel Aviv, Israel April 14, 2021. REUTERS/Corinna Kern

  • © AP Photo / Sebastian Scheiner

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © AP Photo / Maya Alleruzzo

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

  • © REUTERS / AMMAR AWAD

    İsrailin müstəqilliyinin 73-cü ildönümü

Teqlər:
Müstəqillik Günü, İsrail, fotolent
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

6
(Yenilənib 11:15 16.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 66,04 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,38 dollar artaraq 67,32 dollar, “Light” markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 63,84 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Teqlər:
"AzeriLight" markalı neft, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj