İslamı qəbul edən ingilis müğənni Ərdoğanı ziyarətə gəldi

© Photo : NPRYusuf İslam
Yusuf İslam - Sputnik Azərbaycan
Abunə olmaq
Əsl adı Ket Stivens olan ingilis müğənni hələ gənclik illərində olarkən başına gələn maraqlı bir hadisədən sonra İslam dinini qəbul edib

BAKI, 9 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iqamətgahında məşhur ingilis müğənni Yusuf İslamla görüşüb. Sputnik Azərbaycan bu haqda Türkiyə NTV-nə istinadən xəbər verir.

Ərdoğanı ziyarətə gələn Yusuf İslamla Türkiyə rəhbərinin görüşü 1 saat 15 dəqiqə davam edib. Prezident Ərdoğanın Twitter hesabından görüşlə bağlı açıqlama verilib: “Sevgili qardaşım Yusuf. Bizi ziyarətin və səmimi söhbətin üçün təşəkkür edirəm. Türkiyəyə xoş gəldin”. 

​Qeyd edək ki, əsl adı Ket Stivens olan ingilis müğənni hələ gənclik illərində olarkən başına gələn maraqlı bir hadisədən sonra İslam dinini qəbul edib. Yusuf İslam öz xatirələrində İslamı necə qəbul etdiyi barədə belə yazıb: “Ən məşhur olduğum zamanlarda, yəni gənclik illərimdə vərəm xəstəliyinə tutulmuşdum. Həyatın ancaq əyləncə və yeyib-içməkdən ibarət olmadığını dərk etməyə başladım. Boğulduğumu hiss elədim. Sanki dənizin dalğaları məni dərinə aparırdı. O an ancaq dua edirdim. Allaha yalvarırdım ki, bu vəziyyətdən məni xilas etsin. Ona doğru yolu axtaracağıma söz verirdim. Bu duadan sonra sanki Allah mənə güc verdi. Araşdırmalara başladım, həqiqətin axtarışına çıxdım. İlahi dinlərə aid kitabları oxudum. Ancaq heç birində İslam və Quran qədər məni rahatladan hissi tapa bilmədim. Və müsəlman olmağa qərar verdim”.

Xəbər lenti
0