Donald Tramp

Donald Tramp Ərdoğanla nəyi müzakirə etdi?

49
Ağ Ev: Amerika Türkiyənin NATO-dakı varlığının son dərəcə önəmli olduğunu Ərdoğana çatdırıb

BAKI, 8 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Həm Ağ Evdən, həm də Türkiyə prezidentinin administrasiyasından mətbuata verilən açıqlamada qeyd olunub ki, dövlət başçıları ikitərəfli münasibətləri və terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər. Sputnik Azərbaycan bu barədə Washington Post-a istinadən xəbər verir. 

“Donald Tramp və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sıx və uzun tarixə söykənən əlaqələri, o cümlədən terrorçuluğun bütün formalarına qarşı mübarizə haqqında danışıblar. Tramp Türkiyənin NATO-dakı varlığının son dərəcə önəmli olduğunu Ərdoğana çatdırıb” – məlumatda bildirilib. 

49
Teqlər:
terrorçuluğa qarşı mübarizə, dövlət başçıları, Prezident Administrasiyası, Ağ ev, NATO, Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

3
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

3
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

17
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

17