İngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər

Kraliçanın nəvələri Londonda bir-biriləri ilə yarışıblar

207
(Yenilənib 17:44 06.02.2017)
Yardım aksiyasına marafon üzrə qaçış üzrə dünya rekordçusu Paula Radklif də qatılıb

BAKI, 6 fev – Sputnik. İngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər. Kraliçanın nəvələri şahzadə Harri, Uilyam və onun həyat yoldaşı şahzadə Keyt Midlton bir-birləri ilə yarışıblar. 

Sputnik AzərbaycanTelegraph”-a istinadən xəbər verir ki, kral ailəsindən başqa qaçış marafonunda 150-yə yaxın adam iştirak edib.

Yarışda kraliça Yelizavetanın ən kiçik nəvəsi Harri Uels qalib gəlib.

Yardım aksiyasına qaçış üzrə dünya rekordçusu Paula Radklif də qatılıb.

207
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

9
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

9
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

204
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

204
Teqlər:
təsir, peyvənd, AstraZeneca
Ağlayan qız

Dövlət məişət zorakılığının səbəblərini araşdırmağa başlayıb

0
(Yenilənib 16:42 13.04.2021)
Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir

BAKI, 13 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının səbəblərini araşdırmaq üçün onlayn sorğuya start verib. Bu barədə komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir. Eyni zamanda zorakılığa məruz qalarkən hansı quruma üz tutduqları, bu kimi arzuolunmaz halların aradan qaldırılması üçün təkliflər öyrənilir.

Məişət zoraklığı ilə bağlı xəbərlərin KİV-də işıqlanmasına ehtiyac olub-olmadığı da öyrənilir.

Qeyd edək ki, sorğuda iştirak edərək şərh vermək istəyənlər bu linkə keçid edə bilərlər: https://tr.surveymonkey.com/r/CT57RNB

0