Amsterdam

Avropanın mərkəzində yeni dövlət yarana bilər

122
(Yenilənib 11:37 06.02.2017)
Avropanın ən gözəl paytaxtlarından biri öz müstəqilliyini elan edə bilər

BAKI, 6 fev — Sputnik. "Əgər irqçi Qert Vilders Hollandiyada baş nazir seçilsə, paytaxt Amsterdam özünü müstəqil respublika elan edə bilər". Sputnik xəbər verir ki, bunu Amsterdam Bələdiyyəsi sədrinin müavini Kaysa Ollonqren jurnalistlərə açıqlamasında deyib.

Ollonqren, baş nazir postuna namizəd olan Azadlıq Partiyasının lideri Qert Vildersi həddindən artıq təhlükəli şəxs adlandırıb: "Vilders, Hollandiyanı Hollandiya, Amsterdamı Amsterdam edən bütün dəyərlərin qarşısında durur. O, açıq cəmiyyət, azadlıq, dözümlülük, sənət və mədəniyyət, Avropa İttifaqı, insanlıq və mədəniyyəti yox etmək istəyir".

"Təəssüf ki, onun baş nazir seçilməsi daha əvvəl heç olmadığı qədər yaxındır. Ancaq Amsterdam Respublikasının elanı da bir o qədər yaxındır. Əgər Vilders seçilsə, paytaxt müstəqilliyini elan edəcək" — Kaysa Ollonqren bildirib.

122
Teqlər:
Kaysa Ollonqren, müstəqil, Qert Vilders, Amsterdam, Hollandiya, Baş nazir
Əlaqədar
Dünyanın ən xoşbəxt uşaqları niyə Hollandiyadadır?
Hollandiyalı irqçi liderdən daha bir qalmaqal
Azərbaycan Yaponiya, Belçika, Hollandiya və İsraili geridə qoydu
Hollandiya baş məşqçisi Qus Hiddink istefa verdi