İstanbul polis idarəsi, arxiv şəkli

Türkiyədə yeddi general axtarışdadır

52
(Yenilənib 18:08 05.02.2017)
Türkiyə müdafiə naziri: "7-si general olmaqla, 149 hərbçi axtarışdadır"

BAKI, 5 fev — Sputnik. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışda olan hərbçilərin sayı açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə naziri Fikri İşık 7-si general olmaqla, 149 hərbçinin axtarışda olduğunu bildirib.

Axtarışda olanlar sırasında hərbi kursant da var. 

52
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

15
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

15
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

33
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

33