"McDonalds"da nahar edən hərbçilərin silahları oğurlandı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMcDonalds
McDonalds - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda axtarış əməliyyatı keçirilir. Əməliyyatda onlarla polis və helikopter iştirak edir.

BAKI, 5 fev — Sputnik. Fransada naməlum şəxslər "McDonalds" restoranında nahar edən əsgərlərin silahlarını oğurlayıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ölkənin cənub-şərqindəki İzer departamentində La-Verpiyer kommunasında baş verib. Üç hərbçi silahlarını avtomobildə qoyaraq "McDonalds"a nahar etməyə gediblər. Qayıdanda onlar avtomobildəki FAMAS tipli tüfənglərin və patronların yoxa çıxdığını görüblər.

Hazırda axtarış əməliyyatı keçirilir. Əməliyyatda onlarla polis və helikopter iştirak edir.

İlkin məlumatlara görə, hadisəni iki nəfər törədib.

Xəbər lenti
0