Pivə

"Həci pivəsi" heç alkoqolsuz deyilmiş

761
Azərbaycanda "həci pivəsi" kimi tanınan alkoqolsuz pivənin tərkibində 0,5-1,2% alkoqol var

BAKI, 4 fev — Sputnik. Belçikada dünyada ilk dəfə tam alkoqolsuz pivə istehsalına başlanılıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

"AB İnBev" şirkəti bir neçə il ərzində apardığı araşdırmalar nəticəsində 100% alkoqolsuz pivənin istehsalı metodunu tətbiq edərək onu patentləşdirib. 

Qeyd edək ki, hazırda dünyada istehsal olunan və Azərbaycanda "həci pivəsi" kimi tanınan alkoqolsuz pivənin tərkibində 0,5-1,2% alkoqolun olduğu bildirilir. 

761