Donald Trampın sözçüsü Sen Spayser

Donald Trampın müavininin bu sözləri İsraili qəzəbləndirəcək

22
(Yenilənib 18:13 03.02.2017)
İsrailin baş naziri Binyamin Netanyahunun bu ay içərisində Vaşinqtona gələcəyini deyən Spayser, bu məsələnin mütləq müzakirə olunacağını söyləyib

BAKI, 3 fev – Sputnik. “İsrailin Fələstin torpaqlarında yeni yaşayış yerləri salma cəhdləri Fələstinlə yekun sülh prosesinə kömək etmir”.

Sputnik xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Trampın sözçüsü Sen Spayser Ağ Evdə təşkil etdiyi gündəlik brifinq zamanı deyib. 

“Yeni yəhudi məskənləri salma planı İsrail-Fələstin sülhünə mane olmasa da, yekun nəticəyə çatmağımıza da yardımçı olmur. Biz belə düşünürük” – Spayser qeyd edib. 

İsrailin Baş naziri Binyamin Netanyahunun bu ay içərisində Vaşinqtona gələcəyini deyən spiker, bu məsələnin mütləq müzakirə olunacağını söyləyib.

22