Parisdə terror həyacanı: silahlı şəxs zərərsizləşdirilib

© AFP 2023 / Kenzo TribouillardParisdə anti-terror əməliyyatı
Parisdə anti-terror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Luvr muzeyinə girmək istəyən bıçaqlı şəxs zərərsizləşdirilib

BAKI, 3 fev — Sputnik. Bu gün əlində bıçaq və çanta olan naməlum şəxs Fransanın paytaxtı Parisdəki məşhur Luvr Muzeyinə girmək istəyib. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, həmin şəxs əsgərlər tərəfindən vurularaq zərərsizləşdirilib. O, ağır yaralanıb. Şahidlər onun kürəyindən vurulduğunu bildiriblər.

Muzeydəki ziyarətçilər təxliyyə edilib. Yaxınlıqdakı metro stansiyası təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb.

Daha əvvəl yayılan məlumata görə, Luvr Muzeyinə çanta ilə daxil olmağa cəhd edən şübhəli şəxs polisə atəş açıb. Polisin cavab atəşi nəticəsində həmin şəxs yaralanıb.

Xəbər lenti
0