Qırıcı təyyarələr

Dünya böyük müharibənin bir addımlığında

4249
(Yenilənib 14:28 03.02.2017)
ABŞ-ın yeni rəhbərliyinin qərarları nəticəsində, bəşəriyyət sürətlə faciəli prosesə yaxınlaşır

BAKI, 3 fev — Sputnik. Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra dünyada yeni müharibə təhlükələri meydana çıxıb. Xüsusilə, nüvə sahəsində fəaliyyətlərini sürətləndirən İran və Şimali Koreya ilə bağlı problem aktuallaşıb.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Tehranı hədəf alan Trampın İrana hərbi müdaxilənin masada olduğunu açıqlamasının ardınca, ABŞ-ın müdafiə naziri Ceyms Mattis Şimali Koreyaya "meydan oxuyub". Mattis Cənubi Koreyanın paytaxtı Seulda Pxenyan rəhbərliyini hədəf alaraq, "əgər Şimali Koreyada nüvə silahından istifadə əmri verilərsə, Amerikadan sarsıdıcı cavab alacaq" deyib.

"ABŞ və müttəfiqlərinə hücum edən istənilən qüvvə məğlub olacaq" — müdafiə naziri əlavə edib.

Öz növbəsində prezident Donald Tramp rəsmi "Twitter" hesabından paylaşdığı yazıda, ballistik raket sınaqdan keçirdiyi üçün İranın davranışlarının nəzarətə götürüldüyünü qeyd edib: "Amerika İranla faciəvi bir müqaviləyə imza atdı. Bu ölkə son nəfəsini verirdi, artıq dağılmaq üzrə idi. Amma ABŞ 150 milyard dollarlıq sazişə imza ataraq onlara həyat verdi".

Tehranın Yaxın Şərqdə tarazlığı pozduğunu deyən Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Maykl Flayn isə bildirib ki, "İran bu razılaşma üçün ABŞ-a minnətdarlıq duymaqdansa, daha da ürəklənmiş görünür".

Bununla belə, Pentaqon İranın həyata keçirdiyi ballistik raket sınağının uğursuz alındığını bəyan edib. Lakin rəsmi Tehran iddiaları rədd edərək, sınağın uğurlu alındığını bildirib.

Digər tərəfdən, Vaşinqton Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa hazırlaşdığını açıqlayıb. ABŞ Xəzinə Nazirliyi özəl şirkətlərə FTX ilə bəzi ticarət əməliyyatları aparmağa icazə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, FTX-ni hədəf alan sanksiyalar Barak Obama zamanında tətbiq olunub.

4249
Teqlər:
FTX, Koreya, müharibə, Donald Tramp, raket, İran, Amerika, Rusiya, ABŞ
Əlaqədar
ABŞ-da sensasion qətnamə: İrana qarşı müharibə icazəsi
Müharibə qərarı: ABŞ bu ölkəyə qoşun yeridəcək
Regionda yeni müharibə ab-havası
Ukraynada müharibə yenidən başladı, çoxlu sayda ölən var
Rusiya informasiya müharibəsinin prioritetlərini açıqladı