Donald Tramp

ABŞ-da inanılmaz ssenari: hərbi çevriliş

8295
(Yenilənib 12:17 03.02.2017)
Professor Rosa Bruks: "Trampdan xilas olmağın dörd yolu var"

BAKI, 3 fev — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın irqçi fərmanlar imzalaması və bu fərmanlara bütün dünyanın sərt reaksiya göstərməsi ABŞ-da hərbi çevriliş ssenarilərini gündəmə gətirib. Sputnik Azərbaycan Washington Times-a istinadən xəbər verir ki, Corctaun Universitetinin professoru, hüquqşünas Rosa Bruks "American Foreign Policy" jurnalında bu barədə məqalə yazıb.

R. Bruks yazısında Donald Trampı vəzifədən uzaqlaşdırmaq üçün bir neçə yolun olduğunu qeyd edib. "Ən güclü ehtimallar arasında yeni prezidentin hərbi çevriliş yolu ilə hakimiyyətdən devrilməsidir" — professor yazıb.

Onun fikrincə, əslində, Trampdan xilas olmağın dörd yolu var: "Əlbəttə, ilk olaraq hər kəs 2020 seçkilərini gözləyə bilər. Böyük ehtimalla amerikalıların ağlı başına gələcək və Trampı bu postdan uzaqlaşdırmağa hazır olacaqlar. Ancaq belə bir faciəvi seçkinin nəticəsindən sonra 4 il gözləmək uzun zaman kimi görünə bilər".

"Belə olan halda ikinci variant önə çıxır: impiçment. Amerika Konstitusiyasına görə, Nümayəndələr Palatası üzvlərinin yarısından bir az çoxu ölkə rəhbərini vətənə xəyanət, rüşvət və digər ağır cinayətlərdə günahlandırıb, onunla bağlı işi Yüksək Məhkəməyə göndərə bilər. Əgər Senatda 2/3 səs çoxluğu ilə Trampın əleyhinə səs verilsə, o, vəzifəsindən uzaqlaşdırıla bilər. Onsuz da amerikalıların yarıya yaxını Donald Trampı həbsxanada görmək arzusundadır" — Bruks yazır.

Washington Post qəzetində dərc olunan başqa bir məqalənin müəllifi, professor Coş Roqin isə Trampın hakimiyyətdən uzaqlaşdırılmasının digər yolunu ortaya atıb. "O, özünü hərbçilərdən ağıllı hesab edir və bu da Pentaqondakıların xoşuna gəlmir" — Roqin bildirir.

Professorun fikrincə, Tramp, İŞİD-lə mübarizədə yer üzündəki bütün generallardan daha çox şey bildiyini düşünür: "Obama dövründəki komandirləri "söküntü yığını" olaraq xarakterizə edir. Bu isə Müdafiə Nazirliyinin xoşuna gəlmir".

Qeyd olunan məqalələr, habelə ABŞ mətbuatında səslənən bu kimi bənzər fikirlər, ölkədə hərbçi çevriliş iddialarını gücləndirir. Artıq bu versiya ictimaiyyət arasında sürətlə yayılmağa başlayıb.

8295
Teqlər:
Coş Roqin, Rosa Bruks, məqalə, hərbi çevriliş, ssenari, Donald Tramp, professor, Amerika Birləşmiş Ştatları, ABŞ, prezident
Əlaqədar
Donald Tramp İranı bu dəfə sosial şəbəkədə hədəfə aldı
Tramp niyə islamofobdur?
Trampdan Ərdoğana "arxadan zərbə"
Trampın andiçmə mərasimində Quran dinləyən xristianlar niyə ağladı?
Donald Tramp Səudiyyə kralına minnətçi düşdü
Trampla Putin hər şeydən danışıb, sanksiyalardan başqa
"Facebook"un sahibi Trampa qarşı çıxdı
Tramp Putinlə telefonda nə danışacaq?