BAKI, 3 fev — Sputnik. "World Car of the Year" müsabiqəsinin təşkilatçıları ilin avtomobili adına namizəd olan ən yaxşı maşınların siyahısını təqdim edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu ad uğrunda alman modeli olan "Audi"nin 3 markası — A5, Q2, Q5 mübarizə aparacaq.
İtaliyanın "Fiat 124 Spider", Almaniyanın "Volkswagen Tiguan", Çexiyanın "Skoda Kodiaq", Britaniyanın "Jaguar F-Pace", Yaponiyanın "Honda Civic", "Toyota CH-R", "Mazda CX-9" markalı avtomobilləri də müsabiqədə iştirak edəcək. Siyahıya əsasən, müsabiqədə liderlik uğrunda SUV (Sport Utility Vehicle) seqmentinə aid avtomobillər də mübarizə aparacaq. Ötən il bu avtomobillər böyük populyarlıq qazanmışdı.
"İlin şəhər avtomobili" nominasiyasına isə "Ford Ka", "Suzuki Ignis", "Citroen C3", "BMW i3", "Smart Cabrio" markalı avtomobillər iddia edir. "İlin ən yaxşı premium sinif avtomobili" kateqoriyasında isə "Volvo S90", "BMW 5 Series", "Mercedes-Benz E-Class", "Genesis G90", "Bentley Bentayga" yarışacaq.
Bunlardan əlavə, müsabiqədə "ən yaxşı idman maşını", "ən yaxşı dizayna malik maşın" kateqoriyaları üzrə də yarış keçiriləcək. Avtomobil müsabiqəsinin nəticələri aprel ayında Nyu-York avtosalonunda elan ediləcək.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.