Türk polisi, arxiv şəkli

Türkiyədə geniş miqyaslı əməliyyat: 2000-dək həbs olunan var

90
(Yenilənib 00:18 03.02.2017)
Türkiyədə 12 min 420 nəfərin iştirak etdiyi və eyni zamanda həyata keçirilən həmlələrdə 1848 nəfər yaxalanıb

BAKI, 2 fev — Sputnik. Türkiyədə təhlükəsizlik qüvvələri axtarışda olan şəxslərin yaxalanması istiqamətində genişmiqyaslı əməliyyat keçirib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 12 min 420 nəfərin iştirak etdiyi və eyni zamanda həyata keçirilən həmlələrdə 1848 nəfər yaxalanıb.

Əməliyyat zamanı 81 vilayətdəki 5 min 21 məkanda axtarış aparılıb. Saxlanılan şəxslərdən 22 nəfəri FETÖ ilə əməkdaşlıqda şübhəli bilinir. 

Əməliyyatın gedişində saxlanılan şəxslərlə birlikdə xeyli miqdarda silah-sursat ələ keçirilib.

90