Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın baş naziri Giorgi  Kvirikaşvili tərəfindən qəbul edilib

Gürcüstanın baş naziri Azərbaycan səfirini qəbul edib

11
Kvirikaşbili Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb

BAKI, 2 fev — Sputnik. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın baş naziri Giorgi  Kvirikaşvili tərəfindən qəbul edilib.

Baş nazir Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edərək diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

Səfir Dursun Həsənov iki ölkə arasında dostluğun və tərəfdaşlığın daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. 

Görüşdə Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi, iqtisadi, mədəni və turizm əlaqələri, eləcə də energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğu vurğulanıb. 

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, geniş əhatəli müqavilə-hüquq bazasının, müxtəlif sahələr üzrə işçi qruplarının intensiv görüşlərinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz əsaslı töhfəsini verdiyi  qeyd olunub.  

Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət və Hökumət başçılarının, hökumət üzvlərinin üçtərəfli formatda mütəmadi olaraq görüşlərinin keçirilməsinin regional əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunub. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11
Teqlər:
müqavilə-hüquq bazası, Gürcüstanın baş naziri, hökumətlərarası komissiya, Dursun Həsənov, Giorgi Kvirikaşvili, Gürcüstan, Türkiyə, Azərbaycan
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

2
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

2
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

4
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

4
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı