Avroparlament Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib

© Sputnik / Hikmet OrhunTiflis
Tiflis - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaqlar

BAKI, 2 fev — Sputnik. Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb.

Sputnik Azərbaycan-ın Avroparlamentin saytına istinadən verdiyi xəbərə görə, keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.  

Beləliklə, Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaqlar.

Xəbər lenti
0