Donald Tramp

ABŞ Meksikaya hərbi müdaxilə edə bilər

40
(Yenilənib 16:40 02.02.2017)
Donald Tramp: "Ölkələrimiz arası sərhəd zonada pis insanlar, narkobaronlar var və onlar istədiklərini edirlər"

BAKI, 2 fev – Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Meksikaya hərbi müdaxilə edilə biləcəyini deyib. Sputnik Azərbaycan bu haqda “Time” jurnalına istinadən məlumat verir. 

Bu ölkənin prezidenti Pena Nieto ilə telefonda danışan Tramp “əsgərləriniz qorxaqdır. Sərhədi düzgün qoruya bilmir. Özün də bilirsən ki, ölkələrimiz arası sərhəd zonada pis insanlar, narkobaronlar var və onlar istədiklərini edirlər. Bizim əsgərlərimiz isə qorxaq deyil. Bəlkə də o əraziyə nəzarət edə bilmək üçün qoşun göndərməliyəm” deyib. 

Qeyd edək ki, yeni ABŞ rəhbəri Donald Tramp Meksika ilə sərhədə divar inşa etmək barədə fərman imzalayıb. Onun belə bir fərman izmalaması dünyada geniş etirazlarla qarşılanmış və qınanmışdı.

40
Teqlər:
Pena Nieto, Donald Tramp, Meksika, ABŞ