Sərxoş sürücü faciəyə səbəb oldu

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb

BAKI, 31 yan — Sputnik. Birləşmiş Ştatların Luisvill şəhərində faciəli hadisə yaşanıb. Yük maşınını sərxoş vəziyyətdə idarə edən şəxs, anidən insan izdihamının içinə girib. Nəticədə iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Sputnik Azərbaycan Fox-a istinadən xəbər verir ki, 37 yaşlı sürücü Çad Erdley yük maşınını "La Movida" kafesinin çöl hissəsində olan qonaqların üzərinə sürüb. Hadisə ilə bağlı polis istintaqı davam edir.

Xəbər lenti
0