ABŞ vətəndaşları bu ölkədən deportasiya oluna bilər

© AFP 2023 / BRENDAN SMIALOWSKI Bağdad şəhəri, arxiv şəkli
Bağdad şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq hökuməti Amerika vətəndaşlarının 90 gün müddətinə ölkəyə buraxılmayacağını açıqlayıb

BAKI, 30 yan — Sputnik. ABŞ prezidenti Donald Trampın İraq da daxil olmaqla, 7 müsəlman ölkəsinin əhalisinə viza qadağası tətbiq etməsinə rəsmi Bağdaddan sərt reaksiya verilib. Sputnik xəbər verir ki, İraq hökuməti ABŞ vətəndaşlarının 90 gün müddətinə ölkəyə buraxılmayacaqları haqda xəbərdarlıq edib. Hətta İraq parlamenti ABŞ vətəndaşlarının ölkədən deportasiya olunmasını təklif edib.

Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Amerikaya buraxılmayacaq.

Xəbər lenti
0