Donald Tramp Səudiyyə kralına minnətçi düşdü

© REUTERS / Mike Segar Избранный президент США Дональд Трамп, фото из архива
Избранный президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə kralı ABŞ rəhbərinin xahişini yerə salmayıb və Amerikanın bu qərarını dəstəkləyəcəyini bildirib

BAKI, 30 yan — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Sәlman bin Əbdüləziz arasında telefon danışığı olub.

Sputnik xəbər verir ki, bu barәdә Ağ Evdən açıqlama verilib. Telefon danışığı zamanı terrora qarşı birgə tədbirlər və regiondakı proseslər müzakirə olunub.

İŞİD-ə qarşı mübarizənin daha güclü şəkildə davam etdirilmәsi üçün Donald Tramp Səudiyyə kralından bir xahiş də edib. O, Səlman bin Əbdüləzizdən Suriya və Yəməndə tәhlükәsiz zonalar yaradılmasına dəstək verməsini istəyib. Səudiyyə kralı ABŞ rəhbərinin bu xahişini yerə salmayıb və Amerikanın bu qərarını dəstəkləyəcəyini bildirib.

Xəbər lenti
0