Volvo “V90” markalı maşın

Məşhur şirkət minlərlə avtomobilini geri çağırdı

114
Geri çağırılma, xüsusən xarici ölkələrdə satılmış 7800 avtomobilə və İsveçin özündə satılmış 1200 avtomobilə, o cümlədən yeni seriyadan olan "V90" markalı maşınlara aid ediləcək

BAKI, 28 yan — Sputnik. İsveçin məşhur avtomobil istehsalçısı "Volvo" korporasiyası təhlükəsizlik yastıqlarında potensial nasazlığın aşlar edilməsi ilə əlaqədar bütün dünyada satdığı 8200 avtomobilini geri çağırır. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, geri çağırılma, xüsusən xarici ölkələrdə satılmış 7800 avtomobilə və İsveçin özündə satılmış 1200 avtomobilə, o cümlədən yeni seriyadan olan "V90" markalı maşınlara aid ediləcək.

Bakı Avtomobil Satışı Mərkəzi
© Sputnik / Murad Orujov

Detalın əvəzlənməsi barədə qərar "Volvo" korporasiyasının özünü idarə edən maşınlar layihəsi üzrə təchizatçısı və tərəfdaşı "Autoliv" şirkəti təhlükəsizlik balışlarında bir detalın nasazlığını üzə çıxardıqdan və bu barədə avtomobil istehsalçısını məlumatlandırdıqdan sonra qəbul edilib.

Avtonəhəngin nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: "Detalın zay olması ilə bağlı problem müəyyən vaxt keçəndən sonra özünü büruzə verəcəkdi. Bu da təhlükəsizlik balışının işə düşməsi zamanı problem yarada bilərdi".

Şirkətdən bildiriblər ki, bu müddət ərzində təhlükəsizlik balışları ilə bağlı heç bir insident, yaxud bədbəxt hadisə qeydə alınmayıb. Qeyd edək ki, "Volvo" ötən payız avtomobillərdə kondisionerin blokunun zay olması aşkar ediləndən sonra 127 min avtomobilini geri çağırmışdı. Mütəxəssislərin fikrincə, blokun su buraxması təhlükəsızlik balışlarında nasazlığa gətirib çıxara bilərdi.

114
Teqlər:
geri çağırılma, "Volvo", maşın, avtomobil
Əlaqədar
Avtomobil var, alıcı yoxdur
Avtomobil bazarında vəziyyət necə olacaq?
Qəzaya düşən avtomobil yandı
Uçan avtomobilin satış qiyməti açıqlandı
Bu avtomobillərlə bağlı "həyəcan siqnalı" verildi
Qüdsdə avtomobili hərbçilərin üstünə sürdülər: 4 ölü
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0