Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir

62
Mövlud Çavuşoğlu: Əks halda Yunanıstanla olan “Ekstradisiya haqqında” müqaviləni ləğv edəcəyik

BAKI, 27 yan – Sputnik. Əgər Yunanıstan hökuməti 15 iyul çevrilişində əli olan hərbçiləri geri verməsə, ölkələrimiz arasında imzalanmış “Ekstradisiya haqqında” müqaviləni ləğv edəcəyik. Sputnik xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Yunanıstan Ali Məhkəməsi çevrilişdə əli olan 8 türk hərbçini geri verilməmək haqda qərar verib.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən 8 hərbçi Yunanıstana qaçaraq bu ölkədən sığınacaq istəyib.

62