ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

Dünyanın ən güclü kəşfiyyat xidmətləri - SİYAHI

1050
(Yenilənib 12:49 27.01.2017)
İlk 15-likdə yer alan qurumların illik büdcələri arasındakı fərq nəzərəçarpacaq dərəcədədir

BAKI, 27 yan — Sputnik. Dünya üzrə ən güclü kəşfiyyat xidmətlərinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan Sözçü-yə istinadən dünyanın ən güclü kəşfiyyat qurumlarını təqdim edir:

Siyahıda ilk yerdə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA, ABŞ) gəlir. 1947-ci ildə yaradılıb. İllik büdcəsi 75 milyard dolardır.

Aşağıdan yuxarıya doğru sıralama belədir:

15. MOIS — İran gizli xidməti. Quruluş tarixi: 1984-cü il. İllik büdcəsi: 400 milyon dollar;

MOIS — İran gizli xidməti
© Photo
MOIS — İran gizli xidməti

14. CSIS — Kanada gizli xidməti. Quruluş tarixi: 1984-cü il. İllik büdcəsi: 465-470 milyon dollar;

CSIS — Kanada gizli xidməti
© Photo
CSIS — Kanada gizli xidməti

13. NDB — İsveçrə xüsusi xidməti. Quruluş tarixi: 1848-cü il. İllik büdcəsi: 470-475 milyon dollar;

NDB — İsveçrə xüsusi xidməti
© Photo
NDB — İsveçrə xüsusi xidməti

12. BIN — İndoneziya. Quruluş tarixi: 1946-cı il. İllik büdcəsi: 492 milyon dollar;

BIN — İndoneziya
© Photo
BIN — İndoneziya

11. GIP — Səudiyyə Ərəbistanı. Quruluş tarixi: 1946-cı il. İllik büdcəsi: 495 milyon dollar;

GIP — Səudiyyə Ərəbistanı
© Photo
GIP — Səudiyyə Ərəbistanı

10. BND — Almaniya. Quruluş tarixi: 1956-cı il. İllik büdcəsi: 515-520 milyon dollar;

BND — Almaniya
© Photo
BND — Almaniya

9. DGSE — Fransa. Quruluş tarixi: 1982-ci il. İllik büdcəsi: 635-640 milyon dollar;

DGSE — Fransa
© Photo
DGSE — Fransa

8. NIS — Cənubi Koreya. Quruluş tarixi: 1961-ci il. İllik büdcəsi: 1 milyard dollar;

NIS — Cənubi Koreya
© Photo
NIS — Cənubi Koreya

7. CISEN — Meksika. Quruluş tarixi: 1989-cu il. İllik büdcəsi: 1 — 1.1 milyard dollar;

CISEN — Meksika
© Photo
CISEN — Meksika

6. AISE — İtaliya. Quruluş tarixi: 2007-ci il. İllik büdcəsi: 2.2 — 2.3 milyard dollar;

AISE — İtaliya
© Photo
AISE — İtaliya

5. MI6 — Böyük Britaniya. Quruluş tarixi: 1909-cu il. İllik büdcəsi: 2.8 — 2.9 milyard dollar;

MI6 — Böyük Britaniya
© Photo
MI6 — Böyük Britaniya

4. FTX — Rusiya. Quruluş tarixi: 1995-ci il. İllik büdcəsi: 3.2 — 3.3 milyard dollar;

FSB — Rusiya
© Photo
FSB — Rusiya

3. MSS — Çin. Quruluş tarixi: 1983-cü il. İllik büdcəsi: 4.2 — 4.3 milyard dollar;

MSS — Çin
© Photo
MSS — Çin

2. PSIA — Yaponiya. Quruluş tarixi: 1952-ci il. İllik büdcəsi: 4.7 — 4.8 milyard dolar.

PSIA — Yaponiya
© Photo
PSIA — Yaponiya

1050
Teqlər:
quruluş, qurum, büdcə, kəşfiyyat, xidmət
Əlaqədar
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik sirrini açdı
Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib
Amerika kəşfiyyatından etiraf: "Anti-Rusiya koalisiyası dağılır"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi pis vəziyyətə düşüb
ABŞ kəşfiyyatı bu adama həvalə ediləcək
ABŞ kəşfiyyatının dünyanı dinlədiyi gizli məkan
Çin kəşfiyyatı FTB-nin məxfi planlarını oğurlayıb
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

2
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

2
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gürcüstanda polis işçiləri, arxiv şəkli

İnsanları bankda girov saxlayan adam təslim oldu

16
Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb

BAKI, 21 oktyabr - Sputnik. Gürcüstanın Zuqdidi şəhərində bankda 20-yə yaxın insanı girov götürən kişi polisə təslim olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi əməliyyat başa çatıb, hüquq-mühafizə işçiləri girovların hamısını azad ediblər, onları girovluqda saxlayan isə əlləri havada binadan çıxarılıb.

Qeyd edək ki, əlində qumbara və avtomat olan şəxs günorta saatlarında bank filialına daxil olaraq oradakı əməkdaşları və müştəriləri girov götürmüşdü. O, 500 min dollar, avtomobil və helikopter tələb etmişdi.

Girovlardan birinin sözlərinə görə, cinayətkarla birlikdə otaqda təxminən 19 nəfər olub.

Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb.

16