Fransa Konstitusiya məhkəməsi

Fransada "erməni soyqırımı"nı inkar etmək cinayət sayılmayacaq

56
(Yenilənib 10:31 27.01.2017)
Fransa Konstitusiya Məhkəməsi "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edib

BAKI, 27 yan — Sputnik. Fransa Konstitusiya Məhkəməsi, Osmanlı Türkiyəsindəki 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib.

Sputnik Azərbaycan-ın Anadolu-ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

Beləliklə, Fransada qondarma "erməni soyqırımı"nı inkar etmək artıq cinayət sayılmayacaq.

56
Teqlər:
erməni iddiaları, "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanun, qondarma "erməni soyqırımı", 1915-ci il hadisələri, Fransa Konstitusiya Məhkəməsi, Osmanlı Türkiyəsi, Fransa
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskidən Putinə təklif: Donbasda görüşək

5
Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

BAKI, 20 aprel - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edir. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Cənab Putin, mən sizə Donbasın müharibə gedən istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri söyləyib.

Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

Donbasda münaqişə 7 ildir ki, davam edir. 

5
Teqlər:
Donbas, görüş, Vladimir Putin, Vladimir Zelenski
ABŞ Dövlət Departamenti, arxiv şəkli

ABŞ Dövlət Departamenti Rusiyanı "təcavüzkar" adlandırdı

4
(Yenilənib 23:14 20.04.2021)
Ned Prays təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

BAKI, 20 aprel - Sputnik. ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində Rusiyanı "təcavüzkar" kimi nəzərdən keçirir və Kiyevin gərginliyi təhrik edəcək addımlar atmasının hansısa əlamətini görmür. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Amerikanın diplomatik idarəsinin rəsmi nümayəndəsi Ned Prays söyləyib.

"İcazə verin, fikrimi aydın izah edim: bu situasiyada Rusiya aqressordur. Biz Ukraynanın təxribatla məşğul olması, yaxud gərginlik yaratdığının hansısa əlamətini sezməmişik. Bizim gördüyümüz  Rusiyanın dezinformasiya kampaniyasıdır: əslində Kremlin gördüyü işləri Ukraynanın boynuna atmaq", - Prays brifinqdə deyib.

O təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

Son günlər qərb ölkələri Rusiya ilə Ukrayna sərhədində baş verən gərginlikdən narahatlıqlarını ifadə edirlər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Rusiya öz ordusunu öz ərazisi daxilində və öz bildiyi kimi hərəkət etdirir. Onun sözlərinə görə, bu heç kimə təhdid yaratmır və heç kimi narahat etməməlidir.

4