Virus

Bəşəriyyəti məhv edəcək virus aşkarlandı

445
(Yenilənib 20:07 23.01.2017)
Davos forumunda qorxunc proqnoz səsləndirilib

BAKI, 23 yan — Sputnik. Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda alimlər, epidemiyalara səbəb olan və bəşəriyyəti məhv etməyə qadir olan iki virusa qarşı zərdabın hazırlanmasına vəsait ayırmağı xahiş ediblər. Onlar bildiriblər ki, əgər liderlər bu viruslarla mübarizəyə dəstək verməsələr, bəşəriyyət məhv olacaq.

Sputnik Azərbaycan-ın xarici mediaya istinadla verdiyi məlumata görə, söhbət MERS (Yaxın Şərq respirator sindromu) və Nipa viruslarından gedir. Tədqiqatçılar bildiriblər ki, onlar ölüm riski 50% olan təhlükəli xəstəlikləri törədən epidemiyalarla mübarizəyə dair plan hazırlayıblar.

Qeyd etmək lazımdır ki, MERS-in törətdiyi Lasse hərarəti əsəb və ürək-damar sistemini məhv edir. Bunun nəticəsində insan orqanizmində tıxanıqlıq və laxtalar (tromblar) formalaşır.

MERS virusunu 2012-ci ildə britaniyalı alimlər aşkarlayıblar. Bu günə qədər sözügedən virusdan 666 adam ölüb.

Tədqiqatçılar həmçinin bildiriblər ki, Nipa virusu da xüsusi narahatlıq doğurur. Onlar ağır xəstəliklərə səbəb olan xəstəlikdaşıyıcı agentləri bir ailəyə toplamağa qadirdir. Alimlər qeyd edirlər ki, bu virus ensefalit (baş beyinin iltihabı ilə xarakterizə olunan xəstəlik qrupu) və tənəffüs yollarının xəstəliklərinə gətirib çıxarır.

Bu virusun ilkin işartıları baş beyni sıradan çıxarır və respirator xəstəlikləri yaradır. Bu virus ilk olaraq 1999-cu ildə Cənubi Asiyada aşkarlanıb. Amma bəşəriyyət indiyə qədər bu xəstəliyin effektiv müalicə üsulunu tapa bilməyib.

Qeyd etmək lazımdır ki, bu təhlükəli xəstəlikləri törədən viruslarla mübarizəyə görə bu günə qədər elm aləminə 460 milyon dollar vəsait ayrılıb. Onlara qarşı zərdabın hazırlanması üçün mütəxəssislər daha 500 milyon dollar vəsait tələb edirlər.

445
Teqlər:
bəşəriyyət, vəsait, alim, qrip, virus, Davos, xəstəlik
Əlaqədar
Virusları yox edən 7 məhsul
Azərbaycanda yayılan virusla bağlı müdhiş xəbər
Baytarlıq Xidmətindən əhaliyə xəbərdarlıq: virus yayılıb
Almaniyada ölümcül virus peyda oldu: əlaqələr kəsilir
İnsanları dəli edən virus aşkarlandı
Həkim: Forma dəyişdiyinə görə qrip virusuna qarşı peyvənd tapılmır
Dəhşətli virus Asiyanı bürüyür
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

5
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

5
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

21
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

21
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0