Böcək

Bu xəbəri yeməkdən öncə oxumayın

175
(Yenilənib 20:12 23.01.2017)
Ekspertlər əmindirlər ki, orqanizmdə proteinin səviyyəsini yüksəltməyin ən sadə üsulu böcək yeməkdir

BAKI, 23 yan — Sputnik. Ekspertlər əmindirlər ki, orqanizmdə proteinin səviyyəsini yüksəltməyin ən sadə üsulu böcək yeməkdir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Briqam Yanq (Brigham Young) Universitetindən olan amerikalı alimlər apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Əksər insanlarda həşəratları yemək xoşagəlməz assosiasiya doğurur, hətta bu barədə danışılanda mədələri bulanır. Təsəvvür etmək çətindir ki, misal üçün, insan televizorda futbol matçına baxarkən işıldaböcək çeynəsin.

Amerikalı alimlər isə hesab edirlər ki, həşəratlara qarşı bu yanaşma sadəcə insanların qorxu hissindən doğur. Amma əgər həşəratlar yemək üçün düzgün hazırlansa, onların yeyilməsində dəhşətli heç nə yoxdur. Fred Basset işıldaböcəkləri şokolad sousu, yaxud da mayonezlə birlikdə yeyir və bildirir ki, bu vasitələr həşəratın keyfiyyətini artırır. Baxmayaraq ki, müasir dünyada entomoloji delikateslərə etimad göstərilmir.

Alimlər isə bildirirlər ki, həşəratları bütöv şəkildə yemək məsləhət deyil. Onların fikrincə, həşəratlardan hazırlanmış tozları yeməyə əlavə etmək kifayətdir. Ekspertlər hesab edirlər ki, bu həşərat tozundan insanlar mal ətindən aldıqları qədər protein ala bilərlər.

"Həşərat yeməyin digər üstünlüyü odur ki, onlar digər zülal mənbələrindən dəfələrlə ucuzdur. Misal üçün, mal ətindən bir kilo zülal almaq üçün inək 25 kq yem yeməlidir. Amma həşərat cəmi 2 kq yem yeməklə eyni qədər protein verməyə qadirdir" — alimlər diqqətə çatdırırlar.

Ekspertlər tədqiqat zamanı onu da müəyyən ediblər ki, işıldaböcək təkcə zülalla deyil, dəmir və B vitaminləri ilə də zəngindir. Qeyd edək ki, sözügedən tədqiqatın aparıldığı ABŞ-da, uzun zamandan bəri xüsusi yolla ucuz protein əldə etmək üzərində çalışılır. Bu ölkədə nahar üçün ən ucuz işıldaböcək ətini harada əldə etməyin mümkünlüyünü araşdırırlar.

175
Teqlər:
protein, böcək, yemək, alim, ekspert
Əlaqədar
Bu həşəratların intellekti alimləri heyrətə saldı
Şamaxıda 14 yaşlı qızı həşərat sancdı və o, öldü
Həşəratların ölüm rəqsi
Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

5
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

5
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda bir gündə 31 nəfər koronavirusdan öldü

4
(Yenilənib 13:29 28.11.2020)
Ermənistanda son gündə daha 31 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2121-ə çatıb. Xəstəlikdən sağalanların sayı 106479 nəfər olub.

BAKI, 28 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 132346-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1248 nəfər artıb.

Ermənistanda son gündə daha 31 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2121-ə çatıb. Xəstəlikdən sağalanların sayı 106479 nəfər olub. Hazırda bu ölkədə 24459 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61,6 milyonu keçib, 1,44 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Bakı şəhər Baş Polis İdarəsi, arxiv şəkli

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib

0
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti fəaliyyət göstərməyəcək, "Polis" qəzetinin də nəşri dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bundan sonra idarənin bu xidməti fəaliyyət göstərməyəcək. Xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Məlumata görə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin də fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev noyabrın 26-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

0
Teqlər:
polis, Elşad Hacıyev, Azərbaycan Respublikasının daxili işlər naziri, daxili işlər naziri, Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsi