Ərdoğan Güləni bu qitədən də qovur

© AFP 2023 / PHILIP OJISUATürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nigeriyaya səfəri, 2 mart 2016-cı il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nigeriyaya səfəri, 2 mart 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Afrikada Gülənin təkcə Türkiyə üçün deyil, fəaliyyətdə olduğu bütün ölkələr üçün mili təhlükəsizlik problemi olması mesajını verəcək

BAKI, 21 yan — Sputnik. Sabahdan etibarən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniya, Mozambik və Madaqaskarı əhatə edən 4 günlük Şərqi Afrika səfərinə başlayacaq. Mozambik və Madaqaskara prezident kimi ilk dəfə səfər edəcək Ərdoğanı 135 nəfərlik iş adamları heyəti də müşayiət edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədini daşıyan səfər çərçivəsində Ərdoğanın gündəmində Fətullah Gülən problemi də olacaq. Ərdoğan “15 iyul” çevriliş cəhdinin arxasında olan Fətullah Gülənin bu ölkələrdə təşkilatlanması ilə bağlı həmkarlarını xəbərdar edəcək. Ərdoğan Gülənin təkcə Türkiyə üçün deyil, fəaliyyətdə olduğu bütün ölkələr üçün mili təhlükəsizlik problemi olması mesajını da verəcək. Bu ölkələrdə fəaliyyət göstərən Gülən məktəblərinin Maarif Vəqfinə verilməsi səfərin önəmli gündəm maddəsi olacaq.

Xəbər lenti
0